Sabahdan bu qəsəbəyə iritutumlu avtobuslar işləyəcək - FOTOLAR


Sabahdan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti 12 metrlik “BMC Procity” markalı avtobuslarla yerinə yetiriləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Yeniavaz.com-a verilən məlumata görə, Agentliyin tələbinə əsasən, marşrut xətti üzrə daşıyıcı “Çinar Trans” MMC tərəfindən 20 ədəd yeni avtobus alınıb.
Bildirilib ki, “Avro 6” standartlarına cavab verən avtobusların istismara verilməsi 57 min nəfərə yaxın əhalisi olan Binə qəsəbəsində sərnişindaşımanın vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq: “Hazırda 160 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobuslar sərnişin axınına adekvat olmadığından sakinlərin narahatlığına səbəb olurdu. Bununla bağlı, ötən dövrdə Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətlər daxil olurdu. Avtobus parkının yenilənməsi ilə yanaşı “Çinar Trans” MMC tərəfindən mövcud istehsalat bazasının ərazisi də genişləndirilib və yeni təmir sexləri yaradılıb”.

DİGƏR XƏBƏRLƏR

Top