Sürücülərin nəzərinə: Yanacaq sərfiyyatını necə azaltmaq olar? - VİDEO


Qış aylarında avtomobillərin benzin sərfiyyatı artır. Bəzi avtomobillərdə bu fərq hətta 4-5 litrə qədər yüksəlir. Elə ustalar da sərfiyyatla bağlı müraciətlərin həddən artıq artdığını təsdiqləyirlər. Ustalar bəzi qaydalara əməl edilərsə benzinə 20 faizə qədər qənaət etməyin mümkün olduğunu deyirlər. Avtomobil ustası Pərviz İsmayılov bildirir ki, əksər sürücülər sərfiyyatın hesablanmasını yanlış aparır. Belə ki, gündəlik10 km yol gedən sürücü 10 gün sonra sərfiyyatı hesablayır. Bu isə tamamilə yanlış olmaqla yanaşı ümumi sərfiyyatın hesablanmasında da çaşqınlıq yaradır. Ustanın sözlərinə görə, hesablama yalnız birdəfəlik sürüşlə müəyyən edilməlidir. Əgər bundan sonra fərq yaranarsa, yalnız bu halda ustaya müraciət etmək lazımdır.
Ustalar bildirir ki, benzin sərfiyyatı ilə bağlı mütləq şəkildə mövsümi olaraq benzin sistemi yoxlanılmalıdır.

(XəzərTV)
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top