Bakıda London taksisi ağır qəza törətdi - Ölən var


Bakıda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, hadisə Məhəmmədli Zabrat yolunda qeydə alınıb.
İlkin məlumata görə, "London taksi"si "VAZ 2106" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "06"-da olan qadın dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.
Ölən və yaralanan şəxslərin şəxsiyyətləri dəqiqləşdirilir. 

DİGƏR XƏBƏRLƏR

Top