Sabiq deputatdan Panamada şirkətinin olması iddialarına CAVAB


Araşdırmaçı jurnalist Cavanşir Həsənli millət vəkili Hüseynbala Mirələmovun Panamada şirkəti olduğunu qeyd edib.
Məlumata görə, şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəs Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.
Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Hüseynbala Mirələmov bildirib ki, onun şirkət sahibi olmasında qəbahət heç nə yoxdur: "Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir. Bunu yazan şəxslər gedib, işləri ilə məşğul olsunlar".
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top