Yevlaxda yanğın: 4 nəfər tüstüdən zəhərləndi


Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 240 m² olan tövlənin yanar konstruksiyaları və çardağına yığılan 15 ton ot bağlamasının 7 tonu yanıb.
Yüksək temperaturdan yaxınlıqdakı “VAZ” markalı minik avtomobili qarsalanıb.
Hadisə kənd sakini Elman Rüstəmovun fərdi təsərrüfatında baş verib.
Yanğın nəticəsində 11 baş iribuynuzlu heyvan tələf olub.
Hadisə zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Onlardan ev sahibinin həyat yoldaşı, 1981-ci il təvəllüdlü Tahirə Rüstəmova, qızı, 2003-cü il təvəllüdlü qızı Ayişə Rüstəmli və 1959-cu il təvəllüdlü yaxın qohumları Dilbəzər Rüstəmova xəstəxanaya çatdırılıb. 
Bitişik ev və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.(APA)

DİGƏR XƏBƏRLƏR

Top