Avtomobillə vurulan şəxs altı gün sonra xəstəxanada öldü


İmişli rayonunda altı gün əvvəl avtomobillə vurulan piyada Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə dekabrın 23-ü rayon ərazisində qeydə alınıb.
Belə ki, yolu keçən, 1979-cu il təvəllüdlü Nəsimi Orucov “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Müayinədən sonra ona qapalı kəllə beyin və müştərək travma diaqnozu qoyulub.
Xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 29-u orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top