Dubaydan Bakıya corabında 20 ədəd qızıl sikkə gətirmək istədi


Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıldan hazırlanan pul sikkələrin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.

Dubaydan Azərbaycana gizli yolla qızıl sikkələr gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsindən (DGK) Yeniavaz.com-a verilən məlumata görə, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı aparatdan keçərkən, üzərində gömrüyə bəyan olunası əşyaların olması barədə gömrük əməkdaşında şübhə yaranıb və ona ayaq nahiyəsində olan əşyanı təqdim etməsi təklif edilib. Bu zaman hər iki ayağında olan corabın içərisindəki 2 ədəd bükümdə ön tərəfində "Elizabeth II Australia 100 dollars" sözləri, arxa tərəfində isə "Australian Kangaroo 2019 1oz 9999 gold" sözləri həkk olunan, gömrük nəzarətindən gizlədilən, 20 ədəd ümumi çəkisi 622,15 qram olan qızıl sikkələr aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top