“CNN” dəhşətli qəzanın görüntülərin yaydı - VİDEO


Magistral yola çökən dumanda maşınlar bir-birinə çırpıldı

“Hər şey bir göz qırpımında baş verdi”

“CNN” cümə günü Texasda baş verən ağır yol-nəqliyyat hadisəsinin dramatik videosunu yayıb. Ağlasığmaz görüntülərin yer aldığı videoda nəhəng yük maşınının nəzarətdən çıxması nəticəsində şose yolda yaranmış zəncirvari qəza aydın görünür.

“CNN” qeyd edir ki, əraziyə çökən duman qəzanın əsas səbəbi hesab olunur. Maşınlar bir-birinə çırpılarkən iki nəfər yaralanıb. Təcili xəstəxanaya çatdırılmış yaralıların həyatına ciddi təhlükə yoxdur.

Qeyd edək ki, belə kadrların yer aldığı video-görüntülər çox nadir hallarda hadisə baş verən anda lentə alınır. Hadisənin şahidləri deyir ki, hər şey bir göz qırpımında baş verib.


//musavat

DİGƏR XƏBƏRLƏR

Top