Gənclər və İdman Nazirliyindən ilin telekanalı seçimi ilə bağlı iradlara münasibət

Dünən Gənclər və İdman Nazirliyi ilin yekunları ilə bağlı keçirdi. “CBC Sport” telekanalının mükafatsız qalması sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova oxu.az-a açıqlama verib:

“CBC Sport” telekanalı idmanın inkişafında çalışan telekanallarımızdan biridir. Ancaq bu telekanal daha çox futbola yer ayırır. ATV telekanalında isə ilboyu idmanın ayrı-ayrı növlərinə dair verilişlər, xəbərlər yayımlanıb. Həm də ATV telekanalı il ərzində nazirliklə daha sıx əməkdaşlıq edib. Bu üzdən də seçimi ATV üzərində etdik. O ki qaldı “CBC Sport”a, biz daha əvvəl bu telekanalı da mükafatlandırmışıq”.

Qeyd edək ki, ilin idman verilişlərinin təşkilatçı jurnalisti kimi “Real” TV-dən Mehman Rəsulov seçilib. İlin ən yaxşi idman televiziya verilişləri kanalı ATV və ilin ən yaxşı televiziya verilişləri layihəsi kimi “İdman” telekanalında yayımlanan “İdman və media” verilişi mükafatlandırılıb. 

DİGƏR XƏBƏRLƏR

Top