Bakıda polisin də zəhərlənərək öldüyü saxta içki bu sexdə düzəldilib - ŞOK VİDEO

Bakıda iki nəfərin ölümünə səbəb olan saxta içkilərin istehsal olunduğu sex aşkarlanıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, sex paytaxtın Binəqədi rayonunda aşkarlanıb.

Sexin Səxavət adlı şəxsə aid olduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtdakı restoranlarda yeddi nəfər saxta viskidən zəhərlənib. Onlardan ikisi ölüb, birinin isə hər iki gözü kor olub.

Qurbanlardan biri Nərimanov rayonu 18-ci Polis Bölməsinin cinayət-axtarış şöbəsinin müdiri 32 yaşlı Bayramov Sərxan Niyazi oğlu olub. 

DİGƏR XƏBƏRLƏR

Top