Məzahir Pənahov: “3 siyasi partiya namizəd irəli sürməyib”


"Azərbaycanda 3 siyasi partiya fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakla bağlı hələ ki, namizəd irəli sürməyib".

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu  Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O bildirib ki, 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər müraciət edən 1611 nəfərdən 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb: “ Ancaq hələ ki, 3 siyasi partiya tərəfindən seçkilərdə iştirak etmək üçün namizədlər irəli sürülməyib. Yəqin ki, yaxın vaxtlarda həmin siyasi partiyalar da öz namizədldərini irəli sürəcəklər”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Seçkilər 125 dairəni əhatə edəcək.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top