Kimin yolkası daha uzundur? - Ölkələrin SİYAHISI


Dünyanın əksər ölkələrində insanlar Yeni ili qarşılamağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, Yeni il ərəfəsində Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla dünyanın əksər şəhərlərinin mərkəzi meydanlarında ölkələrin "əsas yolka"ları quraşdırılıb.
Qeyd edək ki, bu il Azərbaycanın "əsas yolka"sı paytaxt Bakıda "Azneft dairəsi" adlandırlan ərazidə quraşdırılıb. Yolkanın hündürlüyü 34 metrə bərabərdir.
Məlumat üçün bildirək ki, hazırda MDB ölkələrində qurulan yolkalarla müqayisədə Azərbaycanın "əsas yolka"sı hündürlüyünə görə orta sıralarda yer alır.
Maraqlı olacağını nəzərə alaraq MDB ölkələrinin paytaxtlarında qurulan Yeni il yolkalarının hündürlüyünü təqdim edirik: 
- Aşqabad (Türkmənistan) - 40 metr
- İrəvan (Ermənistan) - 37 metr
- Daşkənd (Özbəkistan) - 36 metr
- Bakı (Azərbaycan) - 34 metr
- Minsk (Belarus) - 30 metr
- Düşənbə (Tacikistan) - 29 metr
- Moskva (Rusiya) - 27 metr
- Bişkek (Qırğızıstan) - 27 metr
- Nur-Sulatan (Qazaxıstan) - 25 metr
- Kişinyev (Moldova) - 20 metr

DİGƏR XƏBƏRLƏR

Top