AMEA-nın I vitse-prezidentləri seçildi - YENİLƏNİB


AMEA-nın ümumi yığıncağında I vitse-prezident vəzifəsinə seçkilər üzrə səsvermənin nəticəsi açıqlanıb.

Hesablama Komissiyanın sədri Urxan Ələkbərov nəticələri açıqlayıb. O qeyd edib ki, səsvermənin nəticəsinə görə, İsa Həbibbəyli və İbrahim Quliyev 55 səslə AMEA-nın birinci vitse-prezidentləri seçiliblər. 
Qeyd edək ki, humanitar və ictimai elmlər üzrə birinci vitse-prezident vəzifəsinə İsa Həbibbəylinin, təbiət elmləri və dəqiq elmlər üzrə isə akademik İbrahim Quliyevin namizədliyi irəli sürülmüşdü. (APA)

***10:58
Bu gün AMEA-nın Ümumi yığıncağı keçiriləcək.

İclasda Akademiyanın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın üzvləri və ziyalılar iştirak edəcəklər.
Yığıncaqda “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı” müzakirə olunacaq.
Həmçinin AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsinə baxılacaq.
Bundan başqa, akademiyanın 2 nəfər birinci vitse-prezidenti vəzifəsinə seçkilər keçiriləcək. (Report)

DİGƏR XƏBƏRLƏR

Top