Gənc alim və mütəxəssislər şurasının konfransı keçirilib - FOTO


Bitki Mühafizə və Texniki Bitkilər Elmi –Tədqiqat İnstitutunda (BMTB ETİ) Gənc alim və mütəxəssislər şurasının “Aqrar sahədə innovasiyaların tətbiqində gənc alimlərin rolu” mövzusunda II elmi-praktiki konfransı keçirilib.
 
Yeniavaz.com xəbər verir ki, Gəncə şəhərində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi –Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Aqrar sahədə innovasiyaların tətbiqində gənc alimlərin rolu” mövzusunda Gənc Alim və Mütəxəssislər Şurasının II elmi-praktiki  konfransı baş tutub. Konfransda  Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Faiq Xudayev, AEİM-in şöbə müdiri Nicat Nəsirli,elmi-tədqiqat institutlarının gənc alim və mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Bitki Mühafizə və Texniki Bitkilər Elmi –Tədqiqat İnstitutunun direktor müavini  Sahib Cabbarov konfrans iştirakçılarına institutda aparılan elmi-tədqiqat işləri barəsində məlumat verib. Aqrar Elm və İnnovasiya Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri , şöbə müdiri Faiq Xudayev çıxışında aqrar sahənin inkişafında gənc alim və mütəxəssislərin qarşısında duran vəzifələr haqqında danışıb. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutunun Gəncə Təcrübə Stansiyasının direktoru Mehman İsmayilov isə çıxışında keçirilən bu cür konfransların gənc alim və mütəxəsisslər arasında elmi əlaqələrin genişlənməsinə müsbət təsirini qeyd edib. Daha sonra elmi məruzələr dinlənilib. Bitki Mühafizə və Texniki Bitkilər Elmi –Tədqiqat İnstitutun elmi işçisi Səmayə Hüseynova “Fitoplazma xəstəliyinə yoluxmuşüzüm bitkisində baş verən bəzi biokimyəvi dəyişiliklər”,  Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi  Gülşən Mirzəyeva “2015-2019 – cu illər ərzində ƏETİ-də introduksiya olunmuş buğda nümunələrinin ilkin ekoloji sınaqlarının nəticələrinin öyrənilməsi” , Tərəvəzçilik ETİ-nin elmi işçisi Fəridə Şərbətova “Sağlam kartof toxumu istehsalında biotexnologiyanın rolu”,  Baytarlıq ETİ-nin şöbə müdiri Aygün Əziziova  “Kənd təsərrüfatı heyvanlarının invozion xəstəlikləri və onlara qarşı innovativ mübarizə tədbirləri” , BMTB ETİ –nin elmi işçisi Rumiyyə Məmmədrzayeva “Esperimental mutagenez metodu ilə yeni mutant pambıq sortlarının yaradılması”, Heyvandarlıq ETİ-nin elmi işçisi Rasimə Hüseynova “Baramaçılıqda sürətli yemləmə texnologiyası” , KTN-nin mərkəzi referens laboratoriyasının müdiri Şəlalə Zeynalova “Bioloji silahların törətdikləri təhlükənin azaldılması” mövzusunda təqdimatla çıxış ediblər. 
Konfrans çərçivəsində iştirakçılar institutun laboratoriyalarına baxış keçiriblər. 

DİGƏR XƏBƏRLƏR

Top