İnsan başının transplantasiyası mümkün olacaq - Yaxın 10 ildə


Mütəxəsisslər dünyada ilk dəfə kəllə sümüyünü bütöv şəkildə bir şəxsdən digərinə köçürmə əməliyyatının mümkün olacağı barədə danışıb.

"Daily Mail"in xəbərinə görə, Hull Universitetinin Xəstəxanasında robot uzmanı və beyin cərrahı doktor M.Bruse, robotla cərrahiyyə, kök hüceyrə və sinir əməliyyatındakı irəliləyişlərlə beyin və onurğa beyni transferini həyata keçirə biləcəyini bildirib.

Onun sözlərinə görə, əgər beyin transferi həyata keçirən zaman onurğa beyni ilə birlikdə tuta bilsəniz bu heçdə imkansız deyil. Onurğa iliyini çıxarsanız, bütün beyni və bel sakralını bütünlüklə yeni bədənə köçürmək mümkündür.

Uzmanın sözlərinə görə, tibb elmindəki inkişaf başı bütünlükdə digər bədənə transfer etməyə imkan verəcək. Onurğa beynini qoruyan dura membranını etibarlı şəkildə çıxarmaq çox çətindir.Bəzi irəliləyişlər olsa da, bu prosesin həyata keçirilməsi yaxın 10 ildə mümkün olacaq.

Qeyd edək ki, 2017-ci ildə elm adamları kiçik siçanın başını daha böyük siçanın başına transfer edərək, dünyada ilk siçan başı transplantasiyasını həyata keçirmişdilər.

Rusiyalı fiziki əlliliyi olan Valeri isə 2 il öncə ilk baş nəqli əməliyyatı üçün könüllü olmuşdur. /medicina.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top