ABŞ-İran münasibətləri daha da gərginləşdi


ABŞ-ın Xarici İşlər Naziri Mayk Pompeo İranı təhdid edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, son vaxtlar İraqda İran tərəfdarı silahlı şəxslərin ABŞ əsgərlərinə hücumunu xatırladan Pompeo sərt ifadələrlə İrana xəbərdarlıq edib: "İran və ya tərəfdaşlarının amerikalılara, müttəfiqlərimizə edilən hər hansı hücumuna ABŞ-ın qərarlı şəkildə qarşılıq verəcəyini xatırlatmaq istəyirəm".
Qeyd edək ki, dekabrın 9-da Bağdad hava limanı yaxınlığında yerləşən hərbi hissəyə, 11 dekabrda isə hava limanına silahlı hücum olmuşdu.

Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top