Azərbaycanda minlərlə evdə su xətti yoxdur - RƏSMİ


Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan ev təsərrüfatlarının 12%-də su kəməri olmayıb. Şəhər yerlərində isə su kəmərinin mövcud olmadığı ev təsərrüfatlarının sayı ümumi təsərrüfatların 2,1%-ini təşkil edib.
Yeniavaz.com-un rəsmi statistik göstəricilərə istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlində ölkə üzrə şəhər yerlərində 1 milyon 256 min ev təsərrüfatı olub. Bu isə o deməkdir ki, şəhər yerlərində yerləşən 26 min 307 evdə su kəməri yoxdur.
Maraqlıdır ki, 4 il əvvəl 2015-ci ildə bu göstərici daha aşağı olub. Belə ki, 2015-ci ildə su kəmərinin mövcud olmadığı evlərin sayı şəhər yerlərində 20 min 338 olub.
Onu da qeyd edək ki, son 4 ildə şəhər yerlərindəki ev təsərrüfatlarının sayı təxminən 10% artdığı halda, su kəmərinin olmadığı ev təsərrüfatlarının sayı 29% artıb.
A.Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top