AFFA danışılmış oyunlarda iştirak edənləri cəzalandırdı - SİYAHI


Azərbaycan I Divizionunda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” komandalarının üst-üstə 22 futbolçusunu cəzalandırılıb. 

Yeniavaz.com-un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Onlardan 14-ü "Ağsu"nun, 7-si "Turan"ın, 1-i isə "Zirə-2"nin üzvüdür. Daha 3 şəxs isə "Ağsu"nun icraçı direktoru Rəşad Kərimov, qapıçılar üzrə məşqçi Kənan Bayramov və klubun işçisi Ənvər Hacıyevdir. 

Komandaların bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırma, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. 

Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub:

“Turan Tovuz”

  1. Qocayev Sənan – futbolçu
  2. Rüstəmov Misir – futbolçu
  3. Bağırov Emin – futbolçu
  4. Sadıqov İlkin – futbolçu
  5. Məmmədov Rüfət – futbolçu
  6. Tağıyev Eltay – futbolçu
  7. Quluzadə Şahin – futbolçu

“Ağsu”

  1. Kərimov Rəşad – icraçı direktor
  2. Bayramov Kənan – qapıçılar üzrə məşqçi
  3. Hacıyev Ənvər – klubun işçisi
  4. Əliyev Ramil – futbolçu
  5. İbrahimov Vüsal – futbolçu
  6. Əmrahov Qalib – futbolçu
  7. Əliyev Elçin – futbolçu
  8. Əliyev Məhəmməd – futbolçu
  9. Həşənov Şamo – futbolçu
  10. Mirzalıyev Ruslan – futbolçu
  11. Quliyev Orxan – futbolçu
  12. Rəhimov Fərrux – futbolçu
  13. Həşimov Elçin – futbolçu
  14. Babayev Malik – futbolçu
  15. Kərimov Ramil – futbolçu
  16. Mustafayev Vüsal – futbolçu
  17. Məmmədov Kənan – futbolçu

“Zirə-2”

  1. Əliyev Səbuhi – futbolçu

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.
Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top