Həcc və ümrə ziyarətlərində yeni qayda tətbiq ediləcək


Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi xaricdən gələn zəvvarlar üçün tətbiq edilən qaydalarda dəyişiklik edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yeni qaydalara əsasən Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi xaricdən gələn zəvvarlardan 50 dollar məbləğində sığorta pulu alacaq. Ziyarət vaxtı vəfat və ya hər hansı bədbəxt hadisə olduqda isə həmin şəxsin ailəsinə dövlət tərəfindən yüksək məbləğdə təzminat veriləcək. Sığorta edilən şəxslərə tibb xidməti, xüsusi hallarda yardım, nəqliyyat və sair kimi xidmətlər göstəriləcək.
Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top