Davudoğlu yeni partiyasını elan etdi


Türkiyənin sabiq Baş naziri Əhməd Davutoğlu yeni partiyasını rəsmi şəkildə elan edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni partiyanın təqdimatını Ankarada yerləşən “Bilkent Otel”də edən A.Davudoğlu, partiyanın adını “Gelecek partisi” olacağını açıqlayıb.
“Dostlarımızla birlikdə tariximizin və millətimizin qarşısındayıq. Bütün təzyiqlərə və yaratmağa çalışılan qorxu atmosferinə baxmayaraq, ölkəmizin firavan gələcəyi üçün bir araya gəldik” – deyə, A.Davudoğlu ilk çıxışında bildirib.
Qeyd edək ki, yeni partiya 154 nəfərdən ibarət olacaq. Onlardan 31-i qadındır.  Ən gənc qurucu isə Türkiyəni ilahi oxuma yarışmasında təmsil edən, 1997-ci il təvəllüdlü Məhəmməd Mustafa Çakmakçı olub.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top