Ay ərzində geyimə və ərzağa nə qədər pul xərcləyirik? - RƏSMİ AÇIQLAMA


Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,5% üstələyərək 34,4 milyard manata bərabər olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ticarət dövriyyəsinin 17,4 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılan məhsulların dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 3,1% və 3,9% artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 316 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 15,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 159,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 156,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 34 419,2 3,5
o cümlədən:
ərzaq məhsulları 15 803,6 3,2
içkilər və tütün məmulatları  1 612,2 1,6
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 350,0 4,1
elektrik malları və mebellər 2 088,2 3,1
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 272,8 3,3
əczaçılıq və tibbi mallar 451,4 3,9
avtomobil yanacağı 1 911,4 102,4
digər qeyri-ərzaq məhsulları 5 929,6 104,5
 
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top