Bu antivirus istifadəçiləri izləyir


Pulsuz "Avast" antivirus proqram təminatı istifadəçilərin məlumatını toplayaraq onları satırmış. Bu haqda şirkətin baş direktoru Ondrej Vlçekə istinadən "Forbes" nəşri yazıb.

Yeniavaz.com "ICTnews"a istinadən yazır ki, onun sözlərinə görə, Çexiyanın populyar 400 milyon istifadəçisinin məlumatları həqiqətən satılırdı, ancaq ilk öncə ad, URL ünvan və başqa şəxsi informasiya silinirdi. Vlçek dəqiqləşdirib ki, istifadəçilərin internetdəki aktivliyi "Avast" brauzerinin genişlənmələrinin köməyi ilə izlənilib, bundan sonra "Jumpshot" şirkəti anonim məlumatları təhlil edirdi.

Bu səbəbdən bir neçə brauzer "Avast"ı casus proqram təminatı kimi tanıyıb. Şirkətin proqram təminatı, hətta "Mozilla" və "Opera" genişlənmələr mağazasından silinib.

DİGƏR XƏBƏRLƏR

Top