O, yenə dünyanın ən nüfuzlu qadını seçildi


Almaniya Kansleri Angela Merkel bir il əvvəl olduğu kimi 2019-cu ildə də "Forbes" jurnalına görə dünyanın ən nüfuzlu qadını seçilib. 

İkinci yerdə Avropa Mərkəzi Bankının sədri Kristin Laqard və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi qərarlaşıb.

Nəşr xatırladır ki, 9 ildir ki, siyahıda ilk pilləni tutan Merkel Avropada miqrantların əleyhinə əhval-ruhiyyə ilə mübarizə etməyə davam edir. Pelosi isə öz növbəsində ABŞ Prezidenti Donald Trampa qarşı impiçment prosedurunun ilham mənbəyidir.

Birləşmiş Ştatlar prezidentinin qızı və müşaviri İvanka Tramp isə siyahıda 42-ci yeri tutub.

Dünyanın ən nüfuzlu 100 qadının siyahısı ilə bu linkə keçid edərək tanış ola bilərsiniz.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top