Gürcüstanın Baş Naziri: “Azərbaycanın GUAM-a sədrliyi effektiv olacaq”


 “Biz əminik ki, gələn il Azərbaycanın GUAM-a sədrliyi olduqca məhsuldar və effektiv olacaq”.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria GUAM-a üzv ölkələrin hökumət başçılarının Kiyevdə iclasından sonra keçirilən birgə brifinqdə deyib.
O bildirib ki, hazırda üzv ölkələrin başlıca problemi ərazi bütövlüyü ilə bağlıdır.
“Ölkələrimizin qarşısında duran əsas problem ərazi bütövlüyüdür. Ərazi bütövlüyümüzə verdiyiniz dəstəyə görə sizə təşəkkür edirəm. Gürcüstan bütün münaqişələrin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həll edilməsi mövqeyinə sadiqdir”, - deyə G. Qaxaria qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top