E-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə aparılan hazırlıq işləri tamamlanıb


Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza (e-imza) sertifikatlarının inteqrasiyası üzrə aparılan hazırlıq işləri başa çatdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bunu "APA-Economics"ə "Idrak Technology Transfer" şirkətindən deyiblər.
Şirkətdən bildirilib ki, bunun üçün nəzərdə tutulan proqram təminatı hazırlanıb.
"Layihədə iştirakçı qismində çıxış edən müvafiq dövlət qurumları tərəfindən qərar verildikdən sonra inteqrasiya işlərinə başlanılacaq", - deyə şirkətdən bildirilib.
Hazırda şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların MSXM-də qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top