Toyunda hirslənib butulkanı yerə çırpan azərbaycanlı bəyin əhvalatı DÜNYA MƏTBUATINDA - VİDEO

Bir neçə gündür ki, sosial şəbəkələrdə öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan, qeyri-adekvat hərəkətlər edən azərbaycanlı bəyin videogörüntüləri yayılıb.

Sosial şəbəkələrdə yazılanlara əsasən bu  hadisə Gürcüstanın Marneuli bölgəsində baş verib.

“Youtube”da yayılmış kadrlardan da görünür ki, bəy əvvəlcə çox əsəbi halda tortu kəsir, bıçağı yerə atır, sonra isə şampan şüşəsini açır, qonaqların üstünə tutur və hirslə yerə vurur. Yerə dəyən şüşə yaxınlıqda oynayan azyaşlılardan birinin ayağına dəyir. Ardınca toy tortunun yerləşdiyi masanı təpikləməyə başlayan bəyi yaxınları sakitləşdirmyə çalışırlar. Videogörüntülərə gələn şərhlərdən aydın olur ki, bəyin yerə çırpdığı şüşə azyaşlının baldır sümüyünü qırıb.

Görüntülərə şərh yazan şəxslər bəyin dəlilik həddinə çatmasını fotoqrafın hərəkətləri ilə əlaqələndiriblər. Onların sözlərinə görə, bir neçə gün əvvəl Rusiyadan qayıtmış bəy fotoqrafın da evləndiyi qızı sevdiyini toy günü öyrənibmiş. Ehtimal olunur ki, bəy fotosessiya edən fotoqrafın gəlinə çox diqqət göstərməsinə əsəbiləşib.

Hadisədən pərt olan gəlinin oğlandan ayrılmaq qərarına gəldiyi, lakin onların arasında barışıq yarandığı bildirilir.

Videogörüntülərə gələn şərhlərdə əksəriyyət gəlini “bədbəxt” adlandıraraq vaxtında bəydən ayrılmalı olduğunu yazıblar. Lakin bəyin hərəkətlərinə haqq qazandıraraq “yaxşı eləyib” deyənlər də tapılıb.

Qeyd edək ki, Marneulidə baş verən bu görüntülər Türkiyə və digər xarici ölkələrin mətbuatında manşet olub. İngiltərənin məşhur “Daily Mail” nəşri də öz toyunda qəzəblənib şampan şüşəsini yerə çırpan bəydən yazıb.

“Çox bədbəxt cütlük!” başlığı ilə yazılan məqalədə deyilir ki, toy günü ən xoşbəxt gün olsa da, qəzəbli bəy və gəlin üçün çətin ki, bu belə olsun. Məqalədə həmçinin qeyd olunur ki, sosial şəbəkələrdə “Bədbəxt qız” başlığı ilə yerləşdirilən görüntülər 3,4 milyon dəfə izlənib və 28 mindən çox şərh gəlib. İstifadəçilər bu dəhşətli toydan sonra cütlüyün ayrılmalı olduğunu qeyd ediblər. (Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top