Türkiyədə yüzlərlə şagird zəhərləndi


Türkiyədə qız yataqxanasında 103 şagird zəhərlənib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Çorum şəhərində yerləşən Ömər Dərindərə adlı kollecin yataqxanasında baş verib. Səhər saatlarında baş verən hadisədə 103 şagird və 2 müəllimin zəhərləndiyi qeyd edilib.
Məlumata görə, zəhərlənənlər xəstəxanaya çatdırılıb, onlardan 6-nın reanimasiyada olduğu bildirilib. İlkin müayinələr zamanı zəhərlənmənin karbonmonoksid qazından olduğu məlum olub. 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top