Türkiyədə qadın sürücü marşrut avtobusun yolunu kəsib, yolu bağlayıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyədə naməlum bir qadın avtobus sürücüsünün onun avtomobilini sıxdığını əsas gətirərək təhlükəli addım atıb. O, uzun müddət avtobusu təqib edib və bir anda bahalı avtomobili ilə marşrutun qarşısını kəsərək yolu bağlayıb. Daha sonra hər iki sürücü mübahisə etməyə başlayıb. Sərnişinlər isə uzun müddət mübahisə səbəbilə yollarına davam edə bilməyib. Narazılıqların artması ilə hər iki sürücü avtomobillərinə minərək yollarına davam ediblər.
Ruslan Yusibov