Nigerdə hərbi qarnizona hücum edilib – 70 ölü


Nigerin qərbindəki Tillaberi bölgəsində yerləşən hərbi qarnizona hücum edilib.
Yeniavaz.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Niger mətbuatı məlumat yayıb.  
Məlumata görə, terrorçular dünən axşam Tillaberi bölgəsində yerləşən İnates kəndindəki hərbi qarnizona hücum ediblər. Əsgərlər axşam namazını qılmağa hazırlaşarkən, terrorçular ağır silahlarla ətrafa atəş açıblar. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, təhlükəsizlik mənbələri ən azı 70 əsgərin öldürüldüyünü, 57 terrorçunun zərərsizləşdirildiyini deyiblər. Bir çox əsgər itkin düşüb.
Bundan əlavə, Niger prezidenti Mahamadu İssufu “Twitter”hesabında, hücum səbəbi ilə Misir səfərini təxirə salaraq ölkəyə qayıdacağını bildirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top