Azərbaycanda neft hasilatı azalıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 42,2 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4% çox sənaye məhsulu istehsal edilib.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, sənaye məhsulunun 70%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,4% azalıb, əmtəəlik qaz hasilatı isə 27,1% artıb.
Məlumat üçün bildirək ki, neft hasilatı bu ilin əvvəlki dövründə heç vaxt bu səviyyədə azalmayıb. Müqayisə üçün qeyd edək ki, neft hasilatı bu ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3% azalıb.  Bu göstərici yanvar-sentyabr aylarında 2,8%, yanvar-avqust aylarında 2,5% azalıb.
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top