Ərdoğan Putinə zəng vurdu


Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin telefonla danışaraq energetika üzrə birgə layihələri və hərbi əməkdaşlığı müzakirə ediblər.

"Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Liderlər ölkənin şimal-şərqindəki İdlib vilayəti də daxil omaqla bölgədə  terror təhlükəsi ilə mübarizə üçün birgə, razılaşdırılmış səylərin aktivləşdirilməsini vurğulayıblar. Bu regionlarda Rusiya-Türkiyə razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyi xüsusi qeyd olunub", - Kremlin məlumatında bildirilir. 

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

"Ticari-iqtisadi əlaqələr də daxil olmaqla ikitərəfli əməkdaşlıq mövzusu üzrə bir sıra vacib məsələlər müzakirə olunub. Energetika və hərbi-texniki əməkdaşlıq üzrə birgə layihələrin reallaşdırılmasının aktuallığı qeyd olunub", - məlumatda deyilir.

Həmçinin o da vurğulanıb ki, Ərdoğan Putini Londonda keçirilən NATO sammitindəki görüşləri barədə də məlumatlandırıb.//Sputnik

DİGƏR XƏBƏRLƏR

Top