Parkdan qaçan şir bir nəfəri PARÇALADI


Keniyanın paytaxtı Nayrobi Milli Parkından qaçan şir şəhərə hücum edərək, 1 nəfəri parçalayıb.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki,  Nayrobi Milli Parkından qaçan aslan Onqata Ronqai məhəlləsinə doğru hərəkət edib. Məhəllə sakinləri şirin parçaladığı bir nəfərin cəsədini tapıblar. Qaçan aslan səbəbiylə məhəllə sakinlərinə evdən çıxmamaq xəbərdarlığı edilib. Keniya Vəhşi Təbiət İdarəsindən verilən açıqlamada meşədən qaçan şirin ölümə səbəb olduğundan təəssüfləndiklərini bildiriblər.
Qeyd edək ki, parkın ətrafında görülən bütün tədbirlərə baxmayaraq, vəhşi heyvanlar yemək tapmaq üçün tez-tez yaşayış məntəqələrinə girə bilirlər.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top