Məşhur ABŞ-lı müğənni ilahi oxudu - VİDEO


Məşhur müğənni Della Miles Türkiyədə keçirilən "Mevlananı Anma" tədbirində dini mahnı - ilahi oxuyub.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, uzun müddət Maykl Cekson və bir çox məşhurla eyni səhnəni paylaşmış Milesin İslam dini barədə oxuduğu mahnı ictimaiyyət tərəfindən bəyənilib. Miles keçən il İslam dinini qəbul edib və dini mahnı oxumağın olduqca çətin olduğunu bildirib: "Dini mahnı oxumaq fərqli bir hisdir. Konya artıq mənim evim oldu, çox sevincliyəm".

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top