Müsavatın namizədləri kimlərdir? - Arif Hacılıdan açıqlama


“Seçki dairələrinin əksəriyyətindən namizədlərimizi müəyyən etdik”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı "facebook" hesabında yazıb.

“Onların sırasında siyasət və dövlət xadimləri, istiqlalçı millət vəkilləri, keçmiş parlament üzvləri, professorlar, elmlər doktorları, hüquqşünaslar, vəkillər, keçmiş siyasi və vicdan məhbusları, jurnalistlər, politoloqlar, gənc siyasi fəallar var.
Bu ölkənin prezidenti olmuş və prezidenti olacaq namizədlərimiz də var”,-deyə Arif Hacılı bəyan edib.

Arif Hacılının sözlərinə görə, həftəsonunadək Azərbaycan parlamentində görmək istədikləri tərkibi, dairələr üzrə namizədlərin tam siyahısı elan edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top