Sarqsyanın qardaşı oğlu Ermənistana ekstradisiya olunacaq


Çexiya Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyanı Ermənistana ekstradisiya edəcəklər.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorunun müşaviri Qor Abramyan “Facebook” hesabında yazıb.

O qeyd edib ki, Çexiyanın hüquq-mühafizə orqanları Ermənistan Baş Prokurorluğunun axtarışda olan Narek Sarqsyanın ölkəsinə təhvil verilməsi barədə tələbini təmin etmək qərarına gəlib.

“Bununla əlaqədar Ermənistanın Baş Prokurorluğu polisə Narek Sarqsyanın ekstradisiyasını təşkil etməyi tapşırıb”, - deyə Abramyan bildirib.

Xatırladaq ki, Narek Sarqsyan qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə axtarışa verilib.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top