İngiltərə baş naziri 4 yaşlı uşaqdan üzr istədi - VİDEO


İngiltərə baş naziri Boris Conson xəstəxanada yerdə yatmaq məcburiyyətində qalan uşaqdan üzr istəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 4 yaşlı Cek Villiment sətəlcəm şübhəsi ilə Lids şəhərindəki xəstəxanaya aparılıb. Ancaq xəstəxanada boş yataq olmadığına görə uşaq 4 saat oksigen maskası ilə beton döşəmə üzərində yatıb. Uşağın anası Sara Villiment döşəmənin və oğlunun üstünə palto atıb. 4 saat yerdə, 5 saat da xərəkdə yatan uşaq daha sonra boşalan bir yatağa alınıb.
Bu barədə açıqlama verən İngiltərə Baş naziri Boris Conson 4 yaşlı Cek Villiment və ailəsindən, həmçinin Milli Səhiyyə Xidmətində (NHS) dəhşətli təcrübə yaşayanlardan üzr istəyib.

Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top