Avstraliyanın böyük bir hissəsində baş verən yanğınlar hələ də davam edir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən ən çox təsirlənənlər ölkənin simvolik heyvanları olan koalalar olub. Koalalar kifayət qədər sürətli hərəkət edə bilmədikləri üçün yayılan alovdan qurtula bilməyiblər. Cənubi Uels əyalətinin mavi dağlar bölgəsində ölən koalaların sayı yüzü keçib. Ölkənin şimal sahillərində isə bu sayın ən azı 2000 olduğu təxmin edilir.
Fəridə Qədirova