Zelenski görün nəyi unutdu, əvvəl Makron sonra Putin işarə ilə... - VİDEO


Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenskinin Fransada baş tutan görüşündə maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki Putin, Merkel, Makron və Zelenski Fransadakı görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Liderlər jurnalistlərin toplandığı otağa daxil olaraq dəyirmi masada əyləşiblər. Daha sonra media nümayəndələri liderlərin birgə fotosunu çəkmək istəyiblər. Ancaq Zelenski kameralara əks istiqmətdə əyləşdiyi üçün obyektivlərə düşməyib. Bu səbəblə Makron əli ilə işarə edərək Zelenskini kameralara baxmağa dəvət edib ancaq Ukrayna prezidenti onun nə dediyini anlamayıb. Daha sonra Putin Zelenskiyə əli işarə edərək kameraları göstərib və görüntü almaq istədiklərini deyib. Zelenski Putinin xəbərdarlığından sonra arxaya çevrilib və gülümsəməyə başlayıb. Həmin anlar maraqlı görüntülərə səbəb olub.
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top