Nazir müavini: "Yanğın başlayanda su çatışmazlığı var idi" - VİDEO


"EuroHome" Ticarət Mərkəzində baş verən yanğın tam məhdudlaşdırılıb”.
Yeniavaz.com
xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
O bildirib ki, yanğın başlayanda su çatışmazlığı var idi: "Bunun qarşısını almaq üçün 3 helikopter və 1 təyyarə tərəfindən 150 tona yaxın su, təyyarə və helikopterlər vasitəsilə yanğın yerinə tökülmüşdü. Yanğın yerində 40-dan artıq yardım texnikası, 250-dən artıq canlı qüvvə iştirak edib". O bildirib ki, iki saat yarıma qədər davam edən yanğının söndürülməsində su problemi yaşanıb.
Məlumata görə, yanğının sahəsi 21 min kvadrat metrdir. Yanğının səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top