Yanğını söndürmək üçün təyyarə və 3 helikopter cəlb olundu - HADİSƏ YERİNDƏN VİDEO - YENİLƏNİB


Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb edilib. 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 



***09:59
Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyinin 3 helikopteri cəlb olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Əlavə məlumat veriləcək.

 


***09:43

“Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verən əraziyə dərhal Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Çağırış 3 elan olunub”.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.
 

 
***09:25
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Yeniavaz.com-un FHN-nin saytına istinadən xəbərinə görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

***08:55
Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top