Bakıda arvadını və qaynını bıçaqlayan şəxs SAXLANILDI


Bakıda bacı və qardaşı bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 7-də Bakı şəhər sakini E.Qırxlarovun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı A.Qırxlarovanın evinə gələrək ona və qardaşına bıçaqla xəsarət yetirməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qırxlarov saxlanılıb.

Binəqədi RPİ-də araşdırma aparılır.

***09:51

Bakıda bacı və qardaşı bıçaqlayan şəxsin kimliyi müəyyənləşib.

Hadisə dekabrın 7-də paytaxtın Binəqədi rayon, Eldar Babayev küçəsi, ev 30-da baş verib.

Belə ki, saat 13 radələrində Qıxlarov Elmar Mərdan oğlu 1998-ci il təvəllüdlü Qıxlarova Ayşən Əbil qızına və onun qardaşı, 1994-cü il təvəllüdlü Mənsimli İlkin Əbil oğluna iki dəfə bıçaq zərbəsi endirərək xəsarət yetirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq aparılır. (Report)

 

DİGƏR XƏBƏRLƏR

Top