Prezidentin sərəncamı ilə ləğv olunan qurumun inzibati binasından adı sökülür – FOTO


Prezidentin 28 noyabr 2019-cu il tarixli sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi haqqında xəbər vermişdik.
Qurumun, inzibati binasından adının söküldüyünü əks etdirən foto yayılıb.
Yeniavaz.com
həmin fotonu təqdim edir:

Qeyd edək ki, qurumun inzibati binası paytaxtın Səbail rayonunun Bülbül prospektində yerləşir.
Xatırladaq ki, Prezidentin müvafiq sərəncamı ilə Azərbaycan qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilib.

DİGƏR XƏBƏRLƏR

Top