Azərbaycanda 6 və 15 yaşlı iki qız dəm qazından boğularaq dünyasını dəyişib

Bərdə və Qusar rayonlarında dəm qazı iki can alıb.
Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Bərdə rayonundakı hadisə Təbriz küçəsində qeydə alınıb. 2013-cu il təvəllüdlü rayon sakini Hüseynli Ayşə Etibar qızı hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. Hadisə zamanı uşağın Anası Aynur Məmmədova da hamam otağında olub. Qadın zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olaraq qalır.
Qusar şəhəri Sahil küçəsi ev 30 ünvanında isə 2004-cü il təvəllüdlü, Niftəliyeva Yeva Vahid qızı fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənib. Doğmaları 15 yaşlı qızı xəstəxanaya çatdırmaq istəsələr də, o, yolda vəfat edib.
Hər iki faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top