Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb

Almaniyada yeniyetmələr arasında keçirilən Avropa birinciliyi başa çatıb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Yığmanın heyətində Mehdi Budaqlı (27 kq) çempion tituluna yiyələnib. Aydın Süleymanov (32 kq), Mürşüd Qasımov (39 kq), Tamerlan Yaqubov (29 kq) gümüş, Elmira Bayrak (22 kq), Süleyman Həsənov (26 kq) və Fərdi Quşxani (35 kq) isə bürünc medala sahib olublar.

DİGƏR XƏBƏRLƏR

Top