Bir ildə qızılcadan 140 min insan həyatını itirib


Qızılca xəstəliyindən 2018-ci ildə 140 min insan həyatını itirib, 10 milyon insan isə bu xəstəliyə yoluxub.
Xəbəri “Reuters” agentliyi Ümumdünya Səhiyyə Təşkilatına istinadən yayımlayıb.
Beş yaşına qədər vəfat edənlərin əksəriyyəti peyvənd vurulmamış uşaqlardır.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Adan Qebreisus uşaqların peyvənd edilməməsi səbəbindən qızılcadan vəfat etməsini kollektiv iflas kimi qiymətləndirib.
Statistikaya əsasən, cari il ABŞ-da son 25 ilin ən yüksək sayda qızılcaya tutulma halı qeydə alınıb.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top