Efirdə Rövşanə ilə Məleykə arasında mübahisə düşdü - VİDEO


ARB TV-də yayımlanan "Səhər-səhər" verilişində aparıcı Rövşanə Ağasəfqızı ilə Xalq artisti Məleykə Əsədova arasında efir zamanı gərgin anlar yaşanıb.

Aparıcı teatrdakı vəziyyətin son vaxtlar acınacaqlı olduğunu deyib:

"Teatrlara getmirəm, küsmüşəm. Baxılası heç nə yoxdur".

Rövşanə xanımın bu sözləri M.Əsədovanı əsəbiləşdirib. Aktrisa aparıcıya etiraz edərək, sərt sözlər deyib:

"Teatrımızda hər şey normaldır. Hər dəfə İnstaqramda paylaşıram, tamaşa zamanı zalda nə qədər adam var. Gənclər, ziyalılar gəlib bizə baxır. İstedad hamıda ola bilməz. Azər Paşa Nemətov əla rejissordur. Ziyalıların gəlməməsi mənfidir. Gəlmək lazımdır".

Aparıcı isə "Azərbaycan teatrı təkcə sizdən ibarət deyir. Deyirsiz, mənə gəlib baxırlar. Hər şey siz deyilsiz. Teatrlar var ki, nə gündədir. Teatr deyən kimi, imkan vermir danışmağa. Azər Paşa Nemətova sözüm yoxdur. Bir dəfə efirimə teatr mövzusu qoydum, heç kim gəlmədi. Yazışmalar, danışıq səsləri də əlimdə var" cavabını verib. (Axsam.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top