Rusiya prezidenti Vladimir Putin iclasda Təhsil naziri ilə yenidən qarşı-qarşıya gəlib.
Yeniavaz.com xəbər verir ki, Putinin sədrliyi ilə keçirilən iclasda RAİPON-nun prezidenti Qriqori Ledkov Rusiyada təhsil sahəsində bəzi problemlərin olduğundan danışıb. Bu vaxt Rusiyanın baş nazirinin müavini Vitali Mutko onun sözünü kəsərək bəhs edilən problemlərin həll edildiyini deyib. Putin isə mübahisəyə daxil olaraq belə deyib:
"Mən bilirəm Qriqori Ledkov nə üçün bu sözləri mənə deyir. Çünki, o bir daha mövcud problemlərlə bağlı fikirlərini mənə demək şansı əldə etməyə bilər".
Bu vaxt Təhsil naziri Mixail Kotyukov yenidən prezidentin sözünü kəsərək bildirib ki, biz artıq bu mövzunu danışmışıq. Putin isə ona belə cavab verib: "Mübahisə etmə, problemləri həll et! Siz mübahisə mövzusunda böyük mütəxəssissiniz. Biz bunu səhərə qədər müzakirə edə bilərik, hələ yenə də enerjimiz qalar. Bizim bu problemləri həll etməyə ehtiyacımız var".
Ruslan Yusibov