Azərbaycanda bu şəhərə dövlət büdcəsindən bir qəpik də ayrılmır - SƏBƏB


Azərbaycanda mərkəzləşdirilmiş xərclərdən şəhər və rayonlara ayrılan dotasiyalar son 5 ildə 15,6 dəfə azalıb.  
Yeniavaz.az Maliyyə Nazirliyi tərəfindən açıqlanan 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə istinadən bildirir ki, gələn il yerli xərclər 850,1 milyon manat həddində nəzərdə tutulub və bunun 52,5 milyon manatını mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya təşkil edəcək. 5 il əvvəl - 2015-ci ildə yerli xərclər 1 milyard 651 milyon manat, mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya isə 819,4 milyon manat olub. Rəqəmlərdən də göründüyü kimi son 5 ildə yerli xərclər təxminən 2 dəfə azaldığı halda, mərkəzləşdirilmiş xərclərdən ayrılacaq dotasiya 15,6 dəfə azalıb.
Gələn il respublika tabeli şəhərlərin heç biri dotasiya almayacaq. Əvəzində isə 2015-ci illə müqayisədə Bakı şəhəri istisna olmaqla digər şəhərlərdə yerli xərclər kəskin azalacaq. Xankəndi şəhəri üçün isə ümumiyyətlə nə gəlir, nə də xərclər nəzərdə tutulub.
  2015-ci il
yerli xərclər
2020-ci il
yerli xərclər
Bakı 243 597 000 333 500 000
Gəncə 65 049 000 35 968 000
Lənkəran 37 639 000 13 973 000
Mingəçevir 32 588 000 19 555 000
Naftalan 4 060 000 3 289 000
Sumqayıt 75 249 000 45 356 000
Şəki 38 780 000 12 880 000
Şirvan 16 827 000 6 130 000
Yevlax 23 681 000 9 470 000
Xankəndi - -
 
Məlumat üçün bildirək ki, Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, Xankəndi şəhərinin 55,8 min əhalisi var. Mərkəzi Seçki Komissiyası isə Xankəndi şəhərində 4 min 806 seçicinin qeydə alındığını açıqlayıb. Lakin, bu qədər əhalinin yaşadığı Xankəndi şəhərində hələ də yerli icra hakimiyyəti orqanları fəaliyyət göstərmir.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top