Qəza edən avtomobil görün hara girdi - FOTOLAR


Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 36-cı km-də yol-nəqliyyat hadidəsi baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Yeniavaz.com-a verilən məlumata görə, Bakı şəhəri istiqamətində hərəkətdə olan Qəbələ rayon sakini Maqsud Əliyevin idarə etdiyi 45 BL 581 dövlət nömrə nişanlı VAZ 21043 markalı minik maşını naməlum səbəbdən idarəetmənin itirilməsi nəticəsində kənarları dəmir-beton maneələrlə bağlanmış yol ayrıcına daxil olub.
Xəsarət alan olmasa da, avtomobilə və yol təsərrüfatına ziyan dəyib. Qəza zamanı yol ayrıcında olan işıq dirəklərinin ikisi yararsız hala düşüb.

DİGƏR XƏBƏRLƏR

Top