Könül Xasıyeva evini satır: "Problemlərim var"

Xalq artisti Könül Xasıyeva evini satışa çıxarıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Axşam.az-a açıqlamasında xanəndə özü məlumat verib.

O bildirib ki, Şəkidə yerləşən dördotaqlı evini artıq satışa çıxarıb:

“Şəki ilə əlaqəmi kəsirəm. Özümə aid olan problemlərim var. Ona görə də evi satıram”.

K.Xasıyeva yeni təmirdən çıxan mənzilinin dörd otaqdan ibarət olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top